Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1718 medal qazanıblar.
Apasport.az xəbər verir ki, bu, Azərbaycan idmanı tarixində yeni rekord göstəricidir.
Qazanılmış medalların 666-sı qızıl, 465-i gümüş, 587-si bürünc medallardır. Olimpiya idman növlərində 827, qeyri-Olimpiya növlərində 854, paralimpiya idman növlərində isə 37 medal əldə edilib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən il ərzində Azərbaycan idmançılarının 266 beynəlxalq yarışda və 103 təlim-məşq toplanışlarında iştirakı təmin edilib.
- "Turan Tovuz" "Araz"ı məğlub etdi - YENİLƏNİR
- Xorvatiyalı qapıçı: “Gəncəni Zaqreblə müqayisə etmək çətindir” - MÜSAHİBƏ
- "Qarabağ" "Ludoqorets"ə məğlub oldu - YENİLƏNİB
- I Liqada XXII turun təyinatları açıqlandı
- Portuqaliya klubunun müdafiəçisi: "Yalnız "Qarabağ" və "Neftçi"nin təklifini dəyərləndirərəm"