İmmobile ilk oyunda zədələndi
25.08.2025 - 22:08
İtaliyanın "Bolonya" klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Ciro İmmobile sıradan çıxıb.
36 yaşlı forvard A Seriyasının 1-ci turunun "Roma" ilə matçında (0:1) ayaq əzələsindən zədələnib. İtaliya millisinin sabiq üzvü 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ciro İmmobile yay fasiləsində "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Bolonya"ya qoşulub.
- İngiltərənin I divizion klubu "Benfika"dan futbolçu aldı
- Adil Şükürov: “Büdcəmiz kasaddır, ancaq Gəncəyə əbəs yerə “futbolumuzun Məkkəsi” demirlər” - Müsahibə
- “Viktoriya” – “Qarabağ” oyununa biletlər 2 saata tükəndi
- Velebit: "Stanoyeviç Mahiri “Qarabağ”da oynayanda “Partizan”a gətirmək arzusunda idi" - MÜSAHİBƏ
- 24 yaşında tennisə vida
0
0