"Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
10.02.2026 - 18:53
Misli Premyer Liqası təmsilçisi "Karvan-Yevlax"ın U-14 və U-15 komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tədbir Yevlax şəhər stadionunda AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi Naib Əsədov tərəfindən təşkil olunub.
Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.
Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.
- “Sabah”ın legioneri İsrafilovun yanına yollanır - ÖZƏL
- Borçe Xristov: "Uduzanda da ayağını yerə möhkəm basmalısan"
- Təbriz Həsənov: “Qarabağ” heç-heçə etsə, bizim üçün elə qələbə kimidir” - MÜSAHİBƏ
- Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat alıb
- Qvardiola: “Siti”nin "Real"dan güclü olduğu tərəflər var"
0
0