“Kəpəz” millinin sabiq hücumçusu ilə müqaviləni açıqladı
23.07.2022 - 10:10
“Kəpəz” daha bir futbolçu transferini açıqlayıb.
Apasport.az saytının klubun mətbuat xidmətinə istinadən məlumatına görə, hücumçu Rauf Əliyevlə münasibətlər rəsmiləşdirilib.
“Səbail”dən ayrıldıqdan sonra klubsuz qalan Azərbaycan millisinin sabiq forvardı yeni mövsümdən Gəncə klubunun formasını geyinəcək. 33 yaşlı oyunçu “Kəpəz”lə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ilk oyununu öz meydanında “Zirə”yə qarşı keçirəcək. I turun matçları avqustun 5-7-də keçiriləcək.

- Avropa çempionatının ilk günündə 5 güləşçimiz yarışacaq
- Ten Haqdan Ronaldoya cavab: “Səni komandada görmək istəmirəm”
- “Sabah” “Neftçi” ilə matçın hazırlıqlarını davam etdirir
- Azərbaycan Kubokunda hakim təyinatları müəyyənləşdi
- Birinci vitse-prezident Mehriban Əliyeva bədii gimnastika üzrə Avropa kubokunu izləyib
0
0