“Kəpəz” və Sloveniyanın “Selye” klubunun rəhbərliyi arasında görüş keçirilib.
Apasport.az xəbər verir ki, görüşdə Gəncə təmsilçisinin İdarə Heyətinin sədri Namiq Qədirov, üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov, “Selye”nin prezidenti Valeri Kolotilo, klubun idman direktoru Qennadi Qolubin və Baş Əməliyyat Direktoru Zoran Podkoritnik işitrak ediblər.
Görüşdə tərəflər arasında bir sıra məsələlər müzakirə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.
Qeyd edək ki, 1919-cu ildə yaradılan “Selye” 2 dəfə Sloveniya çempionatının və kubokunun qalibi olub. Sele şəhərinin təmsilçisi 2024-2025-ci illər mövsümündə UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə kimi irəliləyib.
- III MDB Oyunlarında iştirak edəcək daha iki nümayəndə heyəti ölkəmizə gəlib - FOTO
- Azərbaycan Karate Federasiyası WKF-yə rəsmi üzv qəbul edilib
- FHN-in əməkdaşları üzgüçülük yarışında uğurla çıxış ediblər
- Fərid Qayıbov “Lənkəran” İdman Klubunu ziyarət edib
- “Beşiktaş”ın futbolçusu Premyerl Liqa yolunda