“Kəpəz”in kapitanının zədəsi ciddidir - 6 həftə oynamayacaq
10.09.2026 - 16:54
“Kəpəz”in kapitanının zədəsi ciddidir - 6 həftə oynamayacaq

“Kəpəz”in kapitanı Dioqo Verdaska uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Apasport.az xəbər verir ki, portuqaliyalı müdafiəçi dünən məşq zamanı zədələnib.

29 yaşlı futbolçu tibbi müayinədən keçib. Müayinə zamanı onun sağ bud əzələsində 14 santimetr uzunluğunda yırtıq aşkarlanıb.

Klubun tibbi heyətinin rəyinə əsasən, Verdaskanın müalicəsi təxminən 6 həftə davam edəcək.