![Lineker: "Mbappe finalda xüsusi bir şey etməsə, Messi "Qızıl top"u qazanacaq"](https://apasport.az/storage/news/2022/december/18/big/639efeb78ea76639efeb78ea771671364279639efeb78ea73639efeb78ea74.jpg)
İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker DÇ-2022-nin Argentina və Fransa arasında keçiriləcək final matçından əvvəl Lionel Messi ilə Kilian Mbappe arasındakı rəqabətlə bağlı fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, 62 yaşlı mütəxəssis FIFA-nın saytına açıqlamasında bildirib ki, Messi "Qızıl top"u qazana bilər:
“Əgər Mbappe finalda het-trik və ya xüsusi bir şey etməsə, o zaman Messinin mundialın "Qızıl top"unu alacağını düşünürəm. “Qızıl buts”a gəlincə, hər şey qaydasındadır. 1 qol mübarizəni ya Messinin, ya da Mbappenin xeyrinə həll edə bilər”.
O, Messinin DÇ-2022-nin ən yaxşı oyunçusu kimi tanınacağını da qeyd edib.