![Luçesku 38 ildən sonra milli komandaya qayıtdı – Rəsmi](https://apasport.az/storage/news/2024/august/06/big/66b20111b44fb66b20111b44fc172294171366b20111b44f966b20111b44fa.jpg)
Mirça Luçesku Rumıniya millisinin yeni baş məşqçisi olub.
Apasport.az xəbər verir ki, Luçesku Rumıniya millisinə rəhbərlik etmək qərarının sırf futbola olan sevgisi ilə bağlı olduğunu bildirib:
“Düzünü desəm, mənə təklif gəlməsini istəməzdim, çünki gənc məşqçilərin işləməsi daha yaxşı olardı. Mənə pul və ya müəyyən imic yaratmaq lazım deyil, yaşadığım o gözəl anlar məni millidə işləməyə sövq etdi”.
79 yaşlı mütəxəssisin milli ilə müqaviləsi iki illikdir. Baş məşqçinin əsas məqsədi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq olacaq.
Rumıniyalı mütəxəssis 38 ildən sonra yenidən bu vəzifəyə qayıdıb. O, 1981-1986-cı illərdə komanda ilə çalışıb. Milli komanda onun rəhbərliyi altında 57 matça çıxıb.