Lunyovun “Molde” ilə matçda oynayıb-oynamayacağı dəqiqləşdi
23.11.2023 - 13:36
![Lunyovun “Molde” ilə matçda oynayıb-oynamayacağı dəqiqləşdi](https://apasport.az/storage/news/2023/november/23/big/655f12e3e9370655f12e3e93711700729571655f12e3e936e655f12e3e936f.jpg)
“Qarabağ”ın qolkiperi Andrey Lunyovun durumuna aydınlıq gətirilib.
Apasport.az saytına verilən məlumata görə, Avropa Liqasının 4-cü turunun “Bayer”lə görüşündə zədələnərək oyunun sonlarında məcburiyyətdən əvəzlənən rusiyalı çərçivə qoruyucusunun vəziyyəti yaxşıdır.
Əldə etdiyimiz məlumata görə, Lunyov Avropa Liqasının 5-ci turunun “Molde” ilə oyununda iştirak edəcək. Onun Norveçdə “Qarabağ”ın qapısını qoruyacağı dəqiqləşib.
Bu həftə Premyer Liqanın 14-cü turunun “Sabah”la matçında meydana çıxıb-çıxmayacağı isə dəqiq deyil.
0
0