![Mahir Emreli: “Klubda vəziyyət yaxşı getməsə də...”](https://apasport.az/storage/news/2023/june/16/big/648c0b20da7b3648c0b20da7b41686899488648c0b20da7b1648c0b20da7b2.jpg)
“Bu mövsüm mənim üçün bir az ağır keçdi. İkinci yarıda özümü toparlaya bildim”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.
Təcrübəli hücumçu AVRO-2024-ün seçmə mərhələsinin Estoniya ilə sabah keçiriləcək oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında matç haqda fikirlərini açıqlayıb: “İstər-istəməz son oyunda qazanılan nəticə də bizə yaxşı əhval-ruhiyyədə gəlməyə kömək oldu. Klubda vəziyyət yaxşı getməsə də, millidə var gücünlə oynamalısan. O psixologiya ilə də gəlmişəm. Sabah meydana çıxıb əlimdən gələni edəcəm".
Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya qarşılaşması saat 20:00-da başlayacaq.