Mahir Emreli Superliqada debüt oyununa çıxır
05.03.2023 - 16:44
Millimizin üzvü Mahir Emreli bu gün "Konyaspor"la Türkiyə Superliqasında debüt oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Konya təmsilçisi XXIV turda "Girəsunspor"u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Mahir də bu oyunda iştirak edəcək. O, əsas heyətdə yer alıb. Emreli yarımmüdafiənin sol cinahında oynayacaq.
Qeyd edək ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib.
- “Qarabağ” təsdiqlədi: Rahil Məmmədov Polşa yolunda
- "Qalatasaray" əfsanəsinin vəfatından 74 il ötür: "Məqsədimiz Türk olmayan klubları məğlub etməkdir"
- Firdovsi Umudov Gürcüstanda ağırlıqqaldırma federasiyalarının prezidentləri ilə görüşüb - FOTO
- "Qarabağ"ın rəqibi rekord seriyasını uzatdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
0
0