Fransa millisinin və “Real Madrid”in futbolçusu Kilian Mbappe həbs olunmaqdan xilas olub.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdə futbolçuya qarşı irəli sürülən zorakılıq davası ləğv edilib.
İsveç polisi bildirib ki, istintaqı davam etdirmək üçün yetərincə dəlil yoxdur.
Xatırladaq ki, 22 yaşlı futbolçu millinin oyunları ilə əlaqədar fasilə zamanı Stokholmdakı gecə klubunda olduğu vaxt ciddi qalmaqalla üzləşmişdi. Onun 2024-cü il oktyabrın 10-da bir qıza təcavüz etdiyi iddia olunurdu.
Qeyd edək ki, bir müddət əvvəl haqqında çıxan ittihamlara cavab olaraq fransız forvard bu xəbərləri yalanlamışdı.
- Azərbaycan millisinin baş məşqçisi açıqlandı - Rəsmi
- Zidandan vida, Pele “Kosmos”da, Messi və Ronaldo... - 35
- İngiltərə Seneqala qalib gəlib, Fransaya rəqib oldu - YENİLƏNİB
- “Sabah”dan növbəti qələbə
- Şahruddin Məhəmmədəliyev: "Azarkeşlərin milli komandanın oyunlarına gəlməməsi öz günahımızdır" - Müsahibə