Millimiz Litvaya böyük hesabla uduzdu
25.03.2026 - 21:55
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsinin ilk raunduna start verib.
Apasport.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan U-19 ilk görüşünü meydan sahibi Litva seçməsinə qarşı keçirib.
Qarşılaşma Bakı vaxtı ilə sat 20:00-da Kaunasdakı "Raudondvario" stadionunda start götürüb. Matçı Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edib.
Ev sahibləri yığmamızı 4 cavabsız qolla darmadağın edib - 4:0.
Qeyd edək ki, U-19 növbəti görüşünü martın 28-də Şimali İrlandiyaya qarşı keçirəcək.
- 18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında Azərbaycan çempionatı başa çatıb
- Azərbaycan Kubokunda 1/8 final mərhələsinin təyinatları açıqlanıb
- Millimizin futbolçusu Almaniya klubunun kapitanı oldu
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
0
0