Millimizin baş məşqçisi Üzgüçülük Federasiyasına müşavir təyin olunub
15.10.2025 - 21:10
Millimizin baş məşqçisi Üzgüçülük Federasiyasına müşavir təyin olunub

Üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov Azərbaycan Üzgüçülük Federasiyasına müşavir təyin olunub. 

Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Əbdürəhmanov vəzifəsindən ayrılaraq, fəaliyyətini Azərbaycan Üzgüçülük Federasiyasında müşavir kimi davam etdirəcək.

Qeyd edək ki, Rəşad Əbdürəhmanov 12 il Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışıb.