Millimizin hücumçusu A seriyasına gedir
10.02.2023 - 16:03
![Millimizin hücumçusu A seriyasına gedir](https://apasport.az/storage/news/2023/february/10/big/63e631ddd281263e631ddd2813167603042963e631ddd280e63e631ddd2810.jpg)
Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, İsveçrə təmsilçisi "Qrasshopper"in şərəfini qoruyan hücumçu “Salernitana”nın maraq dairəsinə düşüb.
A seriyası klubu onun keçidini yayda həll etməyi planlaşdırır. 23 yaşlı forvardın müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulduğu üçün Salerno klubu yayda İsveçrə təmsilçisinə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, “Salenitana” A seriyasının 21 turundan sonra 21 xalla 16-cı yerdə qərarlaşıb.
0
0