![Millimizin oyun təqvimi müəyyənləşib](https://apasport.az/storage/news/2024/september/25/big/66f3a6848b58266f3a6848b583172724390866f3a6848b58066f3a6848b581.png)
Çimərlik futbolu üzrə Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, A qrupunda yer alan yığma oktyabrın 4-dən 15-dək İspaniyanın Kadis şəhərində İspaniya, İngiltərə və Gürcüstan kollektivləri ilə üz-üzə gələcək.
Sahib Məmmədovun baş məşqçisi olduğu komanda oktyabrın 4-də İngiltərə, bir gün sonra Gürcüstan milliləri ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:45-də start götürəcək. Yığma oktyabrın 7-də, saat 20:00-da yerli komanda ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 25-dən oktyabrın 3-dək Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışı keçəcək.