Millimizin üzvü Almaniyada əməliyyat olunub
18.09.2025 - 22:31
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Apasport.az xəbər verir ki, 21 yaşlı müdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.
- "Yuventus" - "İnter" matçında qalib müəyyənləşməyib - VİDEO
- 16 yaşadək voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək
- Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə master klass başa çatıb
- “Böyük Dəbilqə”yə hazırlıq çərçivəsində hakimlər üçün seminar təşkil olunub
- "Heç vaxt təslim olmuruq"
0
0