Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyası keçirilir.
Apasport.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
Tədbir çərçivəsində Milano-Kortina 2026 Qış Olimpiya Oyunları, İstanbul 2027 Avropa Oyunları və AOK-un “Strategiya Gündəliyi - 2030” kimi vacib mövzular gündəmdədir.
Bundan əlavə, “Ən yaxşı avropalı gənc atlet” üçün “Pyotr Nurovski” mükafatı və Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı təqdim ediləcək.
- "Qarabağ" Türkiyədə 2 komandanı məğlub etdi, 2-nə uduzdu
- “Barselona”nın keçmiş futbolçusu İngiltərədə klub aldı
- Mircavadov Azərbaycan derbisi haqda: “Atmacanın tərəfdarı deyiləm, “Neftçi”nin baş məşqçisi yaxşı deyib”
- "Vest Hem"in gözü "Bayer Leverkuzen"in forvardındadır
- "Barsa" "Yunayted"in hücumçusu ilə maraqlanır