Azərbaycan Premyer Liqasında 7 futbolçu mövsümü başa vurub.
Apasport.az saytının məlumatına görə, XXVII turda cəzalı duruma düşən bu oyunçular sonuncu matçı buraxmalı olacaq.
“Şamaxı”, “Neftçi” və “Sabah”ın hərəsində iki itki var. Bölgə təmsilçisi Elçin Mustafayevlə Merab Qiqaurinin xidmətindən məhrum olub. Hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb.
“Neftçi”nin iki üzvü də eyni halla üzləşib. Bunlar Emin Mahmudovla Azər Əliyevdir.
“Sabah”ın oyunçuları isə fərqli səbəblərdən cəzalı duruma düşüb. Amin Seydiyev qırmızı vərəqə aldığı üçün, Zurab Oçiqava 8-ci xəbərdarlığa görə son turu buraxacaq. “Səbail”in yeganə itkisi Domantas Şimkus mövsümdə 4-cü sarı vərəqəsini alıb.
Qeyd edək ki, 7 futbolçudan başqa iki baş məşqçi – Rəşad Sadıqov (“Zirə”) və Murad Musayev (“Sabah”) də 4-cü sarı vərəqə aldığından son turda kənarda qalacaq.
- "Real" bəndi aktivləşdirməyəcək: MUNYOS İNGİLTƏRƏ YOLUNDA
- “Turan Tovuz”un müdafiəçisi Roderik Miller: “Həmin epizodla bağlı şərh verə bilməyəcəm” - Müsahibə
- Del Piero siyahıya düşə bilmədi...
- "Qarabağ"ın legioneri Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib
- Bilgəhdə yeni cüdo zalı istifadəyə verildi - FOTO