“Neftçi” futbolçusunu icarəyə verdi
07.03.2023 - 15:18
![“Neftçi” futbolçusunu icarəyə verdi](https://apasport.az/storage/news/2023/march/07/big/64071da2a300264071da2a3003167818793864071da2a300064071da2a3001.png)
“Neftçi” futbolçusu Ramin Nəsirlini icarəyə verib.
Klubdan apasport.az saytına verilən məlumata görə, anlaşmaya əsasən, Bakı təmsilçisinin yetirməsi olan 20 yaşlı yarımmüdafiəçi bu ilin sonunadək Latviyanın “Dauqavpils” klubunda çıxış edəcək.
“Neftçi-2”nin aparıcı futbolçularından olmuş Nəsirli əsas komandanın heyətində ötən mövsüm 4 (1 qol), bu mövsüm isə 1 rəsmi oyunda meydana çıxıb. O, U-21 milli komandamızın üzvüdür.
0
0