“Neftçi”nin yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubunun maraq dairəsində olan oyunçulardan biri Klaudiu Petriladır.
“Ağ-qaralar” Klujun ÇFR klubunda forma geyinən rumıniyalı vingeri icarəyə götürməyi planlaşdırır. 23 yaşlı futbolçu hücumameylli yarımmüdafiəçi kimi də çıxış edir.
2018-ci ildən ÇFR-in əsas komandasında olan Petrila 2020/21 mövsümünün yarısını icarə əsasında “Sepsi”də keçirib. O, cari çempionatda 34 oyunda 2 qol vurub.
Qeyd edək ki, Rumıniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Petrila ötən il əsas millinin heyətində də debüt edib.
- Millimiz III MDB Oyunlarında 37 boksçu ilə təmsil olunacaq - FOTO
- Xərçəng olan sabiq baş məşqçi: "Hamımız öləcəyimiz gündən qorxuruq"
- İqor Ponomaryov: "Bu matç həm biz, həm də “Neftçi” üçün vacibdir" - Müsahibə
- Gimnastlarımızdan Belarusda 7 medal
- "Fənərbaxça"lıları sevindirən xəbər: İtaliyadan təklif var