"Neftçi"də üç yeni müqavilə
23.09.2026 - 13:33
“Neftçi” Azərbaycan qadın futbol millisinin üç üzvü ilə yoluna davam edəcək.
Apasport.az xəbər verir ki, Manə Mollayeva, Günay İsmayılova və Vüsalə Seyfəddinova 2026/2027-ci illər mövsümündə Azərbaycan Qadınlar Super Liqasında çıxış edən “Neftçi”nin heyətində mübarizə aparacaqlar.
Qeyd edək ki, Manə Mollayeva 2026/27 mövsümündə UEFA Qadınlar Çempionlar Liqasında “Neftçi”nin heyətində 2 oyunda 210 dəqiqə meydanda olub. Günay İsmayılova turnirdə “Buduçnost”a qarşı görüşdə ehtiyatda qalıb. Vüsalə Seyfəddinova isə həmin qarşılaşmada start heyətində yer alıb.
0
0