“Neftçi”nin futbolçusu əməliyyat olundu
30.12.2022 - 13:10
“Neftçi”nin futbolçusu Fərid Yusifli əməliyyat olunub.
Klubdan apasport.az saytına verilən məlumata görə, ikitərəfli qasıq yırtığının ləğvi cərrahi əməliyyatı sağlamlıq sponsorları “Liv Hospital”ın xəstəxanalarından olan “VM Medical Park Florya Hospital”da uğurla həyata keçirilib.
20 yaşlı yarımmüdafiəçi təxminən 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, Fərid Yusifli Premyer Liqanın 17-ci turu çərçivəsində dekabrın 15-də “Turan Tovuz”la keçirilmiş səfər oyununda zədələnmişdi.
- Millimiz Avropa Oyunlarında 5-ci oldu - YENİLƏNİB
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- "Çelsi" və "Barselona"nın 17 yaşlı braziliyalı arzusu
- Çempionlar Liqası: "Neftçi" Gürcüstan klubuna qarşı
- "Məni xilas edən xüsusi təyinatlı zabit sonradan intihar etdi" - MÜSAHİBƏ
0
0