"Neftçi"nin futbolçusu "Turan Tovuz"a doğru
12.01.2024 - 13:00
!["Neftçi"nin futbolçusu "Turan Tovuz"a doğru](https://apasport.az/storage/news/2024/january/12/big/65a0fa2965daf65a0fa2965db0170504861765a0fa2965dad65a0fa2965dae.jpg)
"Turan Tovuz" "Neftçi"nin futbolçusunu icarəyə götürməyə hazırlaşır.
Klub İsmayıl Zülfüqarlı üçün qarşı tərəfə müraciət edib.
Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov bu barədə apasport.az saytına məlumat verib.
O, İsmayılla yanaşı U-21 yığmamızın üzvü Fərid Yusifli üçün də danışıqların davam etdiyini bildirib.
Amma hələ ki, "Neftçi" tərəfi buna konkret cavab verməyib. Qeyd edək ki, Zülfüqarlı "Kəpəz" və "Qəbələ"nin də transfer siyahısındadır.
0
0