“Neftçi”nin yarımmüdafiəçisi üçün yubiley
17.08.2025 - 13:39
“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərov yubiley oyununu keçirib.
Apasport.az xəbər verir ki, Misli Premyer Liqasının I turunun “Şamaxı” ilə qarşılaşması (1:1) 23 yaşlı futbolçu üçün 100-cü olub.
O, bu matçlarda 5 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Səfərov “Qəbələ”də 76 (4 qol), “Neftçi”də 24 (1 qol) oyunda iştirak edib.
Qeyd edək ki, Emil Premyer Liqada ən azı 100 oyun keçirən 440-cı futbolçudur.
- Kaxaber Tsxadadze: "Azarkeşlərdən üzr istəyirəm"
- "Real" növbəti dəfə darmadağınla qalib gəldi
- Ronaldo: “Fiqunun həyat yoldaşı kimi bir xanımım olsaydı, evdən çölə çıxmazdım”
- Boksçumuz olimpiya təsnifat turnirinə qələbə ilə başlayıb
- "Bakının necə gözəl olduğunu söylədim, ailəm daha da həyəcanlandı" - Müsahibə
0
0