![“Neftçi”nin yeni baş icraçı direktoru təqdim olundu](https://apasport.az/storage/news/2023/july/25/big/64bf91b19793e64bf91b19793f169027627364bf91b19793c64bf91b19793d.jpg)
“Neftçi”nin yeni baş icraçı direktor Fərrux Mahmudovun təqdimat mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbir SOCAR-ın baş ofisində təşkil olunub.
Mahmudov “Neftçi”nin Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən mediaya təqdim edilib. Baş icraçı direktor təqdim olunduqdan sonra mətbuat konfransı baş tutub. Nəcəf və Mahmudov media nümayəndələrinin suallarını cavablandırıb.
Qeyd edək ki, Mahmudov iyulun 24-də “Neftçi”nin baş icraçı direktoru təyin olunub. Onun təyinatı Kamran Quliyevin prezident vəzifəsindən azad edilməsindən sonra gerçəkləşib.