Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, Nicat Abasov 38 pillə irəliləyib.
Bakıda keçirilən Dünya Kubokunda uğurlu çıxış Nicatın reytinq cədvəlindəki mövqeyinə önəmli təsir edib. Qrossmeyster 59-cu yerdə qərarlaşıb.
Təmsilçilərimizdən ən yüksək yerə Şəhriyar Məmmədyarov 16-cı pillədə yer alıb. Hesabında 2734 xal olan Şəhriyar 3 pillə geriləyib. Teymur Rəcəbov 2745 xalla Məmmədyarovdan bir pillə geri qalır.
Qeyd edək ki, reytinqə Dünya Kubokunun qalibi Maqnus Karlsen (2839) başçılıq edir. Bakıdakı turnirdə bürünc mükafatı qazanan Fabiano Karuana (2786) ikinci, ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura (2780) üçüncü yerdə qərarlaşıb.
- “Ayaks” baş məşqçisini göndərdi
- "Şəmkir"in futbolçusu mükafatlandırılıb
- Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq
- “Qarabağ”ın himn müəllifi: “Bilirdim ki, yerli-yersiz tənqid olunacam”
- Şahruddin Məhəmmədəliyev: "Avropa Liqasında “Qarabağ”ın məğlub edə bilməyəcəyi komanda yoxdur" - Müsahibə