“Qalatasaray”ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının liqa mərhələsində “Ştutqart”la keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis qarşıdakı matç, komandadakı vəziyyət və klub rəhbərliyində yaşanan istefalar barədə danışıb.
Buruk futbolçu İsmayıl Yakobsun onun haqqında səsləndirdiyi “Okan Buruk klubdan ayrıldıqdan sonra onun əsl əfsanə olduğunu daha yaxşı anlayacaqlar” fikrinə gülərək cavab verib:
“Getməmişdən əvvəl anlasalar, daha yaxşı olar”.
“Qalatasaray”ın baş məşqçisi klubun vitse-prezidenti Metin Öztürk və “Qalatasaray Sportif AŞ” şirkətinin sədr müavini Abdullah Kavukcunun istefalarına da münasibət bildirib.
“Belə hadisələrin baş verməsini istəməzdik, xüsusilə də işlərimizin yaxşı getdiyi dövrdə. Amma hazırda bütün diqqətimiz oyundadır. Bu məsələlərlə bağlı qərarı prezidentimiz verəcək. Biz yalnız futbolu düşünürük. Nə mənim, nə də futbolçularımın bəhanəsi ola bilər”.
Buruk İlkay Gündoğan və Leroy Sanenin son oyunlarda az müddət meydanda olmalarına da aydınlıq gətirib:
“Hər ikisindən çox razıyıq. Az oynamaları məşqlərə münasibətlərini dəyişməyib. Tam gücləri ilə çalışırlar. Heyətimiz genişdir, rəqabət böyükdür. Onların komandaya daha çox fayda verəcəklərinə əminəm”.
Təcrübəli mütəxəssis “Ştutqart”la görüşün əhəmiyyətini də vurğulayıb:
“Çempionlar Liqası həm futbolçularımız, həm də azarkeşlərimiz üçün xüsusi motivasiyadır. Türkiyə futbolunun bu turnirdə qələbələrə və irəliləməyə ehtiyacı var. Səfərdə ‘Lill’ üzərində vacib qələbə qazandıq. İndi qalib gəlsək, xalımızı 6-ya çatdıracağıq. Fiziki və psixoloji baxımdan yaxşı vəziyyətdəyik. Məqsədimiz qələbə qazanmaqdır”.
- Super Liqa: “Qalatasaray”dan minimalhesablı qələbə
- Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir
- “Sabahın Ulduzları” Bakı Kubokunda U-14-lərin beşinci turuna start verilib
- Konfrans Liqası: "Fiorentina" və "AZ Alkmaar" yarımfinalda - YENİLƏNİB
- Cüdoçularımızdan Avropa çempionatında uğurlu start