Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.
Apasport.az xəbər verir ki, Sena çayında keçirilən mərasim idmançıları daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start verilib.
Tarixdə ilk dəfə yarışın açılış mərasimi stadiondan kənarda - Parisin mərkəzində keçirilir. İdmançıların paradı Sena çayından qayıqla keçməklə təşkil olunur.
Azərbaycan nümayəndə heyəti paraddan 16-cı keçib.
Qeyd edək ki, Azərbaycan millisi sayca 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
- Nazirin "Olimpiya" klubunun üzvləri ilə GÖRÜŞÜ
- Azərbaycanlı dünya çempionu: "FIDE komandasına qarşı mübarizə aparmaq bir az ağır idi"
- Tedesko: “Fənər”in baş məşqçisi olmaq mənim üçün qürurdur”
- Portuqaliyanın U-17 yığması tarixində ilk dəfə dünya çempionu olub
- "Barselona"nın Feliksi buraxmaq fikri yoxdur