![Peter Ademo: "Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq"](https://apasport.az/storage/news/2024/july/17/big/6697e1777eff56697e1777eff617212296876697e1777eff36697e1777eff4.jpg)
"Şerif"in futbolçusu Peter Ademo "Zirə"yə qarşı UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu öncəsi "Dalğa Areana"da gerçəkləşən mətbuat konfransında matçı dəyərləndirib.
Apasport.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb:
İlk oyunda uduzmusunuz. İndi nəyə ümid edirsiz ?
Bir həftə ərzində məşq etdik və xüsusilə də ilk oyundakı səhvlərin üzərində işləmişik. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq.
"Zirə" diqqətinizi nə ilə çəkdi ?
Kimisə vurğulamaq istəməzdim. Komanda şəklində bilirdik ki, çətin rəqib olacaq. Hazırlığımız da komanda üzərində qurulub, fərdlər üzərində deyil.
Komanda yeni qurulub. Futbolçular bir-birinə uyğunlaşıb ?
Öyrəşmişik. Artıq bir aydır ki, birlikdəyik. Gündən-günə daha da artırırıq.
Azərbaycan futbolu deyəndə, ağlınıza gələn nədir ? Azərbaycan klublarından nə vaxtsa, təklif almısız ?
Bakının bu qədər gözəl olacağını gözləmirdim. Azərbaycan klublarından isə təklif almamışam.