Misli Premyer Liqasının 1-ci tur matçı ilə 18-ci turda keçiriləcək qarşılaşmanın yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, ilk turun “Şamaxı” – “Sabah” oyunu ilə “Sabah” – Şamaxı” görüşü əvəzlənib.
Peşəkar Futbol Liqasının bu qərarı verməsində əsas məqsəd “Sabah”ın Konfrans Liqasının növbəti mərhələsinə daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınmasıdır.
Qərar “Sabah”ın rəsmi müraciəti, “Şamaxı”nın rəsmi razılıq məktubu əsasında qəbul edilib.
Qeyd edək ki, “bayquşlar” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks” komandası ilə üz-üzə gələcək.
- "Sabah"da yeni müqavilə - RƏSMİ
- Barış Alper Yılmaz karyerasını Almaniyada davam etdirə bilər
- Rəşad Sadıqov: “Bu söhbətlər ya qəsdən edilir, ya da cahillikdən” - MÜSAHİBƏ
- Azərbaycan Qran Prisi 2025-in könüllü proqramının qeydiyyat mərhələsi rekordla yadda qalıb
- Azər Həşimov: "Qarabağ"a qarşı oynamaq futbolçular üçün motivasiyadır"