Oktyabr 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino tədbirdə iştirak ediblər.
Hazırda isə dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyirlər.
***
19:18
Bu gün Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilir.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyirlər.
- İslandiya millisinin baş məşqçisi: “Azərbaycanla görüşdə favorit biz sayılırıq”
- “Qarabağ” Azərbaycan klubları arasında liderdir - IFFHS AÇIQLADI
- “Neftçi” tilsimi qırdı: Mövsümdə ilk qələbə - YENİLƏNİB
- Türkiyə futbolunda skandal: Futbolçu düşərgədən qaçdı
- Bakıda “Star Cup Azerbaijan – Ulduzlar Liqası” turnirinə start veriləcək