“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsizlik seriyası 40-a çatıb.
Apasport.az saytının məlumatına görə, seriyanın yubileyi Misli Premyer Liqasının XX turunda rəsmiləşib.
“Şamaxı”nı 3:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri cari mövsümdə uduzmayıb. Komanda ötən çempionatın son 20 matçında da məğlubiyyət görməyib.
40 oyundur xalsız qalmayan Ağdam klubu milli çempionatlarda davam edən ən uzun məğlubiyyətsizlik seriyalarında dünya ikincisidir. Hazırda yalnız “Srvena Zvezda” daha uzun seriyaya malikdir. “Qarabağ”dan üç addım öndə olan rekordçu son 43 matçda uduzmayıb.
Qeyd edək ki, “Qarabağ” sonuncu dəfə 2021-ci il oktyabrında “Səbail”lə səfər görüşündə uduzub - 1:3.
- Bəhreyndə Formula 1-in yeni mövsümü başlayıb
- “Sumqayıt”ın basketbolçusu: “Burda əsl istedadımı nümayiş etdirə bilirəm”
- Qapısını ən çox toxunulmaz saxlayan QAPIÇILAR
- "Atalanta" "Fənərbaxça"nın bu futbolçusunu istəyir
- Qismət Alıyev: "Araz-Naxçıvan" və "Turan Tovuz"un ilk "3-lük"də olması təsadüf deyil"