“Qarabağ” akademiyasının komandaları Qətərə yollanıb
17.05.2024 - 16:14

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər çərçivəsində U-15 və U-17 “Aspire Academy Friendly Series”də iştirak edəcək.
Akademiyanın meneceri Nail Kərimov və koordinatoru Aftandil Hacıyevin başçılıq etdiyi səfər çərçivəsində komandalar iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Bu matçlar ayın 19-da və 21-də baş tutacaq. Bununla da akademiyanın mövsüm ərzindəki beynəlxalq səfərlərinin sayı 8-ə çatacaq.
- Cordan Veretu: "Qarabağ" təhlükəli komandadır”
- Gerye Qurbanovun sirlərini açdı: “Ağdamdakı səs yazısını işə saldı və ...” - MÜSAHİBƏ
- “Sabah” “Zirə”yə qalib gəldi, Tovuzda qollu bərabərlik - YENİLƏNİB
- Boksçularımız Serbiyada beynəlxalq turnirdə iştirak edəcək
- “Neftçi” - “Araz-Naxçıvan” matçının biletləri satışa çıxarılıb
0
0