Sabah Misli Premyer Liqasında mövsümün ilk Azərbaycan derbisi baş tutacaq.
İdman jurnalistləri əzəli rəqiblər “Qarabağ”la “Neftçi” arasında keçiriləcək VIII tur qarşılaşması ilə bağlı apasport.az saytının sorğusunu cavablandırıblar.
Həmkarlarımız son çempionu doğma arenasında keçirəcəyi matçın favoriti hesab edirlər. Səsvermədə iştirak edən 16 nəfərdən 12-si Qurban Qurbanovun yetirmələrindən qələbə gözləyir. Onlardan dördü 3:1, üçü isə 2:1 hesabını proqnozlaşdırıb. Digər 4 jurnalistdən ikisi qarşılaşmadan bərabərlik gözləyir.
Laurentsiu Regekampfın kollektivinə inananlar da var. Sorğuda iştirak edən 2 jurnalist “Neftçi”nin səfərdən qalibiyyətlə dönəcəyini düşünür.
İbrahim Cəfərov (futbolxeber.az) – 2:3
Amal Abuşov (qaynarinfo.az) – 3:1
Asəf Zeynallı (CBC Sport) – 2:0
Ceyhun Rzayev (ATV) – 3:1
Teymur Maksutov (1news.az) – 1:2
Kənan Məstəliyev (rekord.az) – 3:1
Mirələm Həsənli (sportlife.az) – 2:1
Tahir Mirzə (İdman TV) - 2:1
Elsevər Məmmədov (qafqazinfo.az) – 1:1
İlkin Sultanlı (Futbol+) – 0:0
Elnur Salahov (report.az) – 3:1
Mehman Süleymanov (sport24.az) – 2:1
Ruslan Mikayıllı (azerisport.com) – 4:2
Səxavət Qurbanov (idmanxeber.az) – 2:0
Daşqın Əziz (offsideplus.az) – 4:1
Ruslan Sadıqov (apasport.az) – 3:0
- Azərbaycan - Ukrayna matçının hakimləri bəlli olub
- UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı: "Braqa" ilə görüşü buraxacaq
- Vadim Abdullayev: "Qırmızı vərəqə Mahir Emrelidən çox mənə təsir etdi"
- “Fənər” Alanya səfərindən 3 xalla qayıdır
- Paris-2024: Selcan Mahsudova Paris Olimpiadasında mübarizəni dayandırıb