Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
Apasport.az saytı xəbər verir ki, siyahıda qitənin 415 ən güclü klubu yer alıb.
Siyahıda Azərbaycanı 4 komanda təmsil edir. “Qarabağ” 220 xalla qitənin 74-cüsüdür. Qurban Qurbanovun yetirmələri hesabat dövründə aktivini 14 xal zənginləşdirib. Təmsilçimiz cədvəldəki mövqeyini qoruyub.
27 xala malik “Neftçi”nin də yeri dəyişməz qalıb. Bakılılar 238-ci sırada qərarlaşıb.
5 addım geriləyən “Sabah” 20 xalla 266-cidır. 7 pilləlik geriləmə ilə üzləşən “Qəbələ” 5 xalla 375-cidir.
Qeyd edək ki, siyahıya 2191 xala malik “Real” başçılıq edir.
- “Sabah”dan çempionluq yolunda NÖVBƏTİ ADDIM
- “Böyük Dəbilqə” turnirinə 11 komanda qeydiyyatdan keçdi
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Qadın Basketbol Liqasında ilk mərhələ yekunlaşıb
- Fransa klubu Qattuzonu sabiq PSJ-li ilə əvəzləmək niyyətindədir