Misli Premyer Liqasının XXVI turunda keçirilən "Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında bildirilib.
Qarşılaşmanın 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Futbolçuya 3 ay sınaq müddəti təyin olunub. Bununla yanaşı klub 3000 manat cərimələnib.
Sözügedən matçda baş verənlərlə bağlı "Qarabağ"ın oyunçuları Elvin Cəfərquliyev və Musa Qurbanlı da cəzasız qalmayıb. Təcavüzkar davranışa yol verən hər iki futbolçu biri şərti olmaqla 2 oyunluq cəzalanıb. Onlara üç ay sınaq müddəti təyin olunub. "Qarabağ" həmçinin futbolçularının hərəkətinə görə ümumilikdə 4000 manat cərimələnib.
Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu da 800 manat ziyana düşüb.
- Konfrans Liqası: II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək - YENİLƏNİR
- İspaniya Futbol Federasiyasının yeni prezidenti məlum oldu
- Premyer Liqa: "Kəpəz”dən I Liqa yolunda daha bir əmin addım - YENİLƏNİB
- Premyer Liqa klubunda 22-ci yeni futbolçu
- Millimizin İslandiya və Fransa yığmalarına qarşı matçlarının biletləri satışa çıxarılıb