Azərbaycan Kubokunun 2023/2024 mövsümünün finalına yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcəklər.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu komandalar 2021/22 mövsümündə də finalda qarşılaşıblar.
Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.
Kubok mövsümünün son matçında “Neftçi” - “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” - “Şəmkir”, “Kəpəz” - “Qarabağ”, “Xəzər Lənkəran” - “İnter”, “Neftçi” - “Qəbələ” matçları iki finala təsadüf edib.
- Türkiyə kubokunda yarımfinal cütlükləri müəyyənləşib
- Bəhlul Mustafazadə: " 100 milyonluq Florian Virtz 5 metrdən qapıya düşmürsə..."
- Murad Musayev: "Kişi mübarizəsi izlədik"
- Taekvondoçumuz qızıla bərabər gümüş medal qazandı! - YENİLƏNİB
- Rusiyadakı beynəlxalq yarışda ölkəmizi təmsil edəcək gimnastlar müəyyənləşib