“Qarabağ”ın Avropa Liqası üçün iştirak ərizəsi
09.09.2023 - 12:07
![“Qarabağ”ın Avropa Liqası üçün iştirak ərizəsi](https://apasport.az/storage/news/2023/september/09/big/64fc27e47462064fc27e474621169424688464fc27e47461e64fc27e47461f.jpg)
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Klubdan apasport.az saytına verilən məlumata görə, Azərbaycan çempionu 25 futbolçu sifariş edib.
Bunlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 8-i yarımmüdafiəçi və 4-ü hücumçudur.
Qeyd edək ki, sentyabrın 21-də başlayacaq qrup mərhələsində “Qarabağ”ın rəqibləri “Bayer”, “Molde” və “Haken” olacaq.
0
0