“Qarabağ”ın futbolçusu Monteneqro millisindən dəvət aldı
30.05.2022 - 16:13
![“Qarabağ”ın futbolçusu Monteneqro millisindən dəvət aldı](https://apasport.az/storage/news/2022/may/30/big/6294b524d01bc6294b524d01bd16539128686294b524d01ba6294b524d01bb.jpg)
“Qarabağ”ın futbolçusu Marko Veşoviç yenidən Monteneqro millisinə çağırılıb.
Apasport.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, müdafiəçi Millətlər Liqasının qarşıdakı oyunlarında Monteneqro yığmasının heyətində yer alacaq. O, B Liqasının III qrupu çərçivəsində Rumıniya, Finlandiya və Bosniya və Herseqovina ilə görüşlərdə meydana çıxa bilər.
Matçlar müvafiq olaraq iyunun 4-də, 7-də və 11-də və 14-də keçiriləcək. Monteneqrolular bu müddətdə Rumıniya ilə iki dəfə üz-üzə gələcək.
0
0