"Qarabağ"ın futbolçusu Nəriman Axundzadə üçün ərəb klublarından təklif gəlib.
Apasport.az saytına verilən məlumata görə, Səudiyyə Ərəbistanı yüksək liqasında çıxış edən klub Axundzadəni transfer etmək istəyir. Hətta bununla bağlı "Qarabağ"a təklif də gəlib.
Lakin Nəriman özü komandadan ayrılmaq istəməyib. Onun böyük ehtimalla Səudiyyə Ərəbistanına yollanması reallaşmayacaq.
Futbolçu "Qarabağ"da qalıb, bu klubda oynamaq istəyir. Legioner həyatını isə qarşıdakı illərdə Ərəbistanda yox, Avropada yaşamaq istəyir.
Qeyd edək ki, U-21 yığmamızın forvardının “Qarabağ”la müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
- "Neftçi" flaqmandır, daim var olacaq!" :"Qarşımızda kim olur, olsun..." - BƏYANAT
- Fatih Terim “Qarabağ”ın bazasını ziyarət edib
- Krakov-2023: Azərbaycan 24-cü pillədə - YEKUN MEDAL SİYAHISI
- Azərbaycan millisi Praqada beynəlxalq turnirdə iştirak edəcək
- Los-Anceles 2028 üçün: Parataekvondoçularımız Nürnberqdə yarışacaq