“Qarabağ”ın rəqibində itki
17.08.2022 - 22:12

“Qarabağ”ın rəqibi olan Çexiya çempionu “Viktoriya” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Plzen təmsilçisi Ağdam klubu cavab oyununa itki ilə çıxacaq.
Çexiyalıların kapitanı Lukaş Heyda cəzalı duruma düşüb. Müdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünü buraxacaq.
O, hazırda Bakıda keçirilən ilk qarşılaşmada sarı vərəqə alıb. Bu, Heydanın 3-cü xəbərdarlığı olub.
Qeyd edək ki, cavab oyunu avqustun 23-də keçiriləcək.
- Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayıblar
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
- “Latsio” “Atalanta” səddini 1 qolla keçdi
- ÇL: I təsnifatın cavab oyunlarına start verilib - YENİLƏNİB
- "Sumqayıt"ın şikayəti təmin olunmayıb
0
0