UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının I mərhələdəki rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi ilk raundda “Hayduk”la (Xorvatiya) qarşılaşacaq. “Qəbələ” ilk oyununu səfərdə, cavab görüşünü isə evdə keçirəcək. Birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də baş tutacaq.
“Qəbələ”nin II mərhələdəki mümkün rəqibi də bəlli olub. Zaur Hacıyevin yetirmələri “Hayduk” səddini keçərsə, növbəti raundda “Astana” (Qazaxıstan) – “Apolloniya” (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək. “Hayduk” - “Qəbələ” cütünün qalibi ilk görüşü səfərdə keçirəcək.
II mərhələnin oyunları oktyabrın 26-da və noyabrın 2-də olacaq.
- Rövlan Muradov: "Qarabağ"la matçda üç xal qazansaq, daha gözəl olardı" - MÜSAHİBƏ
- Aslan Kərimov: “Legioner həyatı yaşayanlar milliyə gələrkən matça tam sədaqətlə çıxmırlar” - Müsahibə
- Bəhreyndə 2 taekvondoçumuz medal qazanıb
- Konfrans Liqası: "Başakşehir" mübarizəni dayandırdı - YENİLƏNİB
- Azərbaycan millisinin üzvü İsrail çempionu olub