"Qəbələ" israilli futbolçu ilə yollarını ayırıb
08.03.2024 - 14:42
!["Qəbələ" israilli futbolçu ilə yollarını ayırıb](https://apasport.az/storage/news/2024/march/08/big/65eaea1033aa965eaea1033aaa170989416065eaea1033aa765eaea1033aa8.jpg)
“Qəbələ” klubu israilli futbolçu Gilad Abramov ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-cü ilin iyulundan "Qəbələ"də çıxış edən legioner qırmızı-qara formada 23 matç keçirib.
G.Abramov Premyer Liqada 19, Azərbaycan Kubokunda 2, Konfrans Liqasında 2 oyunda iştirak edib.
0
0