“Qəbələ”dən yubiley
12.04.2025 - 12:15

“Qəbələ” tarixində 300-cü qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, I Liqanın XXI turuna təsadüf edib.
“Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Difai”ni 4:0 hesabı ilə üstələyib. 300-cü qələbə 720-ci oyunda gerçəkləşib.
“Qəbələ” Premyer Liqada 203, Azərbaycan kubokunda 47, I Liqada 39, avrokuboklarda 11 dəfə qalib gəlib.
“Difai” üzərindəki qələbə evdə 170-ci uğur olub. Səfərdə 128 dəfə qalib gələn komandamız 2 dəfə də neytral meydanda sevinib.
Qeyd edək ki, “Qəbələ”nin ilk qələbəsi 2005-ci il sentyabrın 21-də I Liqanın “Şərur”la matçında rəsmiləşib – 8:0.
- La Liqa klubundan təqdirəlayiq addım
- "Eqnatiya"nın idman direktoru: "Zamiq Əliyevin performansı yüksək səviyyədədir" - Açıqlama
- “Fənərbaxça”dan seriyaya davam, “Beşiktaş”dan acı məğlubiyyət
- "Neftçi"də ciddi itki: Bu il oynamayacaq
- "Araz-Naxçıvan"ın hücumçusu: "Neftçi" ilə görüşdə qələbə çox vacib idi" - Müsahibə
0
0