Renat oynadı, komandası 1 xal qazandı
21.04.2025 - 17:33

Polşa çempionatında XXIX turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşov da növbəti matçına çıxıb.
Onun şərəfini qoruduğu "Radomyak" səfərdə "Puşa" ilə qarşılaşıb.
4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Azərbaycan yığmasının üzvü görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, 65-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, “Radomyak” 35 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
0
0