"Sabah" Abdulla Xaybullayevlə "nigah təzələdi"
14.01.2024 - 14:55
!["Sabah" Abdulla Xaybullayevlə "nigah təzələdi"](https://apasport.az/storage/news/2024/january/14/big/65a3bd92c6a9565a3bd92c6a96170522971465a3bd92c6a9365a3bd92c6a94.png)
“Sabah” futbolçusu ilə müqavilə müddətini artırıb.
Apasport.az saytına verilən məlumata görə, ötən ili “Samtrediya”da icarə əsasında keçirmiş Abdulla Xaybullayev hazırda da komandanın düşərgəsindədir.
Onun müqavilə müddəti iki illik artırılıb. Xaybullayev U-21 yığmamızın üzvüdür. Futbolçunun xidmətində maraqlı olan Premyer Liqa klubları var. Onun icarəyə verilib-verilməyəcəyi hələ ki, bəlli deyil. Hansısa klubla razılıq əldə edilməsi, Xaybullayev mövsümün ikinci yarısını “Sabah”da keçirəcək.
0
0