![“Sabah” darmadağın oldu](https://apasport.az/storage/news/2023/september/01/big/64f23288eee0764f23288eee08169359424864f23288eee0564f23288eee06.jpg)
Bu gün Misli Premyer Liqasının V turuna start verilib.
Apasport.az saytı xəbər verir ki, “Sabah” öz meydanında ağır məğubiyyətə düçar olub.
“Turan-Tovuz” səfərdə rəqib qapısından üç cavabsız top keçirib. Ayxan Abbasovun yetirmələri xallarının sayını 9-a yüksəldiblər. “Sabah” isə ardıcıl üçüncü oyunda 3 xal əldə edə bilməyib. İlk turda “Qəbələ”yə qalib gələn komanda dalbadal ikinci dəfə uduzub.
Misli Premyer Liqası
V tur
1 sentyabr (cümə)
19:00. “Sabah” – “Turan-Tovuz” – 0:3
Qollar: Roderik Miller, 19. Şəhriyar Əliyev, 56. Belajdi Pusi, 79.
|
Bombardirlər: Martin Petkov ("Turan Tovuz") - 3 qol