"Sabah" hazırlıqlara başladı - FOTO
23.06.2025 - 11:14

“Sabah” Avstriya toplanışına start verib.
Apasport.az xəbər verir ki, Masazşr təmsilçisi baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında ilk məşqinə çıxıb. Yeni transfer Akim Zedadka da komanda məşqlərinə qoşulub.
Qeyd edək ki, “Sabah”ın Avstriya toplanışı iyulun 5-nə qədər davam edəcək. “Sabah” hazırlıq çərçivəsində iyunun 29-da “Rapid” (Rumıniya), iyulun 3-də isə “Pakş” (Macarıstan) komandası ilə yoxlama oyunu keçirəcək.
0
0