“Sabah” hücumçusunun müqaviləsinə xitam verdi
08.07.2022 - 23:11
“Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumçu Mixeil Erqemlidze yola salınıb. 22 yaşlı gürcüstanlı futbolçunun 2024-cü ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Mixeil Bakı klubuna ötən ilin yayında Tbilisi “Dinamo”sundan keçib.
Qeyd edək ki, “Sabah” yay fasiləsində həmçinin Səlahət Ağayev, Slavik Alxasov, Xuan Kamara, Veysəl Rzayev, Şakir Seyidov, Şpiro Periçiç və Xulio Sezar Rodrigeslə də vidalaşıb.
- Fərhad Vəliyev: “De Byazi qorxaq futbol oynatdı” - MÜSAHİBƏ
- “Qarabağ” “Ferensvaroş”la ilk oyunda bərabərə qaldı - YENİLƏNİB
- “Nottingem Forest”in baş məşqçisi mükafatlandırılıb
- Hökumət sözçüsü: İran Dünya Çempionatında iştirak edəcək
- AVF prezidenti Azərbaycanın voleybol yığmasının üzvləri ilə görüşüb
0
0